G7 ölkələri Rusiya yanacağından imtina ilə bağlı razılığa gəldi

g7-olkeleri-rusiya-yanacagindan-imtina-ile-bagli-raziliga-geldi
Oxunma sayı: 3837

G7 ölkələri Rusiya yanacağından imtina etməyin vacibliyi barədə razılığıa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter hesabında paylaşım edib.

“G7-dəki həmkarlarım və mən razılaşdıq ki, zaman keçdikcə Rusiya yanacağından asılılığı azaltmalıyıq. Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını sarsıdacağıq və Putinin uğursuzluğa düçar olmasını təmin edəcəyik”, - o yazıb.