G7 ölkələrindən Rusiyaya Zaporojye AES ilə bağlı - Çağırış

g7-olkelerinden-rusiyaya-zaporojye-aes-ile-bagli
Oxunma sayı: 1195

“Rusiya dərhal Ukraynanın Zaporojye atom elektrik stansiyasının bütün nəzarətini və bütün nüvə fəaliyyətlərini suveren dövlət Ukraynaya təhvil verməlidir. Zaporojye atom elektrik stansiyasını işlədən Ukrayna hakimiyyəti hədə və təzyiq olmadan öz vəzifələrini yerinə yetirməlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, bu sözlər G7 ölkələri olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, AB və ABŞ-ın xarici işlər nazirlərinin birgə bəyanatında yer alıb.

Birgə bəyanatda Ukraynanın nüvə obyektlərinin ələ keçirilməsinin nüvə qəzası, Ukrayna xalqı üçün təhlükə, ətraf ölkələr və beynəlxalq ictimaiyyət üçün təhlükə yaratdığı vurğulanıb.

Rusiyanın Ukraynanın dinc nüvə fəaliyyətlərinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işini pozduğu vurğulanan bəyanatda MAQATE-nin direktoru Rafael Mariano Qrossinin Ukraynada nüvə təhlükəsizliyi və təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki səylərini dəstəklədikləri bildirilib.

Birgə bəyanatda MAQATE rəsmilərinin vəzifələrini yerinə yetirmələrini asanlaşdırmağa çağırılıb.