G7 ölkələrinin Ukraynaya edəcəyi yardım açıqlandı

g7-olkelerinin-ukraynaya-edeceyi-yardim-aciqlandi
Oxunma sayı: 1573

G7 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada,Yaponiya, İtaliya) Ukraynaya 2023-cü il üçün iqtisadi dəstəyi 39 milyard dollara çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə blokun prezidenti Yaponiyanın yaydığı bəyanata istinadən məlumat yayıb.

“2023-cü il üçün, Ukrayna hökumətinin ehtiyaclarına əsaslanaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, - bəyanatda deyilir.

Bildirilib ki, qərar blokun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Ukraynada xüsusi hərbi əməliyyatın ildönümü ərəfəsində keçirilən görüşündən sonra qəbul edilib.