G7 Rusiya üçün toplanır

G7 Rusiya üçün toplanır
Oxunma sayı: 1734

G7 ölkələrinin xarici işlər nazirləri koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə üz-üzə iclas üçün İngiltərənin paytaxtı Londonda bir araya gəlirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki gün davam edəcək iclasda iqlim dəyişikliyi, Çin və Rusiya mövzuları müzakirə olunacaq.

“Rusiya təxribat və dezinformasiyasına qarşı sürətlə cavab verəcək bir mexanizm təklifini dəyərləndirəcəyik”, - iclasdan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə mətbuat konfransı keçirən İngiltərə xarici işlər naziri Dominik Raab deyib.

“Rusiyanın hərəkətlərinə fokuslanmışıq. Vəziyyətin gərginləşməsini istəmirik. Rusiya ilə daha sabit bir əlaqə qurmağa üstünlük veririk. Rusiyanın yanaşması dəyişməlidir. Rusiya ilə daha yaxşı münasibət şansı var”, - Blinken əlavə edib.