“GAC” brendi artıq Azərbaycanda! - Video - Fotolar

gac-brendi-artiq-azerbaycanda
Oxunma sayı: 3427

Avtomobil sektorunda uzun müddətdir güvənlə tanınan AUTO Azərbaycan şirkəti “GAC” brendinin distribütorluğunu alıb.

Artıq AUTO Azərbaycan GAC brendinin Azərbaycanda ilk və tək rəsmi distribütorudur.

12 iyulda Flame Towers-də “GAC” brendinin rəsmi təqdimatı həyata keçirilib. Təqdimat mərasimində Auto Azərbaycan şirkətinin rəhbəri Emil İsmayılov və “GAC” brendinin Mərkəzi Asiya ölkələri üzrə baş meneceri Mei Yue də iştirak edib.

Emil İsmayılov Çin və Azərbaycanın rəsmi strateji tərəfdaşlığından, “GAC Motor” şirkəti ilə Auto Azərbaycan arasındakı münasibətdən danışıb.

“GAC” brendinin Mərkəzi Asiya ölkələri üzrə baş meneceri Mei Yue brend haqqında ətraflı məlumat verib və partnyorluqdan məmnun olduğunu bildirib. Gecənin qonaqlarını möhtəşəm əyləncəli şou-proqramlar müşayiət edib.

Gecəyə əsas damğanı vuran isə 5 yeni modelin təqdimatı olub. Bu avtomobillərin hamısı müasir dizayndadır və qabaqcıl texnologiya ilə təchiz olunub.

Sedan sinfinə aid olan “EMPOW” avtomobili idman üslubunda olmaqla yanaşı interyerində karbon işləmələri var. Hibrid versiyası da olan modeli sadəcə 39 900 AZN-ə əldə edə bilərsiniz.

SUV sinfə aid olan “GS3 Emzoom” avtomobili kompakt olsa da, arxa oturacaqları olduqca genişdir. Orta sərfiyyatı sadəcə 5.9 litr olan modeli sadəcə 39 900 AZN-dir!

SUV sinfə aid olan digər model “Emkoo” avtomobilinin tavanı tam şüşədir. Hibrid versiyası da mövcud olan avtomobili 43900 AZN-ə təklif olunur!

SUV sinfinin 7 yerli, olduqca geniş “GS8” modeli komfortlu və rahatdır. Bütün funksiyaları monitordan idarə olunan modelin 360° kənarlarını və alt hissəsini izləmək üçün əlavə ön kamera mövcuddur. Hibrid və plug-in hibrid versiyaları da mövcud olan modeli 69 900 AZN-ə əldə edə bilərsiniz!

Əsl biznes-klass görünüşlü MPV sinifə aid olan “M8” modeli avtomobilinin isə ikinci sıra oturacaqları da olduqca rahat və funksionaldır. Üstəlik oturacaqlarda masaj funksiyası da mövcuddur. Plug-in hibrid versiyası da olan avtomobilin qiyməti 74 900 AZN-dir.

“GAC” avtomobillərinin ehtiyat hissələrinin satışı və texniki xidməti də Auto Azərbaycan şirkəti tərəfindən həyata keçiriləcək.

Bütün modellərə Auto Azərbaycan tərəfindən 5 il və ya 150 000 km rəsmi zəmanət verilir. Odur ki, fürsətləri qaçırmamaq üçün tələsin!

Ünvan: Babək pr., 61C .