“Galaxy Note 10” barədə məlumatlar təqdimatdan öncə ortaya çıxmağa davam edir.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, Ice Universe ləqəbi ilə tanınan məşhur çinli insayderin verdiyi son məlumata əsasən, təqdim olunacaq 4 ədəd “Galaxy Note 10” modelindən biri 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Söhbət, “Galaxy Note 10 Pro” modelinin LTE versiyasından gedir.
Məlumata görə, smartfon sürətli enerji yığma texnologiyasını dəstəkləyəcək.
Smartfonlar 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym “Infinity-O” ekranlarla ilə təchiz olunacaqlar. Bu modellər öz aralarında həmçinin kamera sayları və 5G şəbəkəsi dəstəyi üzrə fərqlənəcəklər.
4 smartfonun hər biri “Snapdragon 855 / Exynos 9810” prosessoru ilə təchiz olunacaq. Çox güman ki, bu dəfə “Galaxy Note 10”da olacaq “S Pen” stlusunun özünün də kamerası olcaq.
Yeni smartfonun təqdimatının avqust ayında baş tutacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər