“Samsung” şirkətinin yeni “Galaxy S10” seriyasının təqdimatı yaxınlaşdıca internetdə yeni smartfon seriyasının texniki göstəriciləri, render fotoları və hətta real fotoları da yayılmağa başlayıb.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Galaxy S” seriyasının bütün cihazları flaqman səviyyəyə aid ediləcəklər.
Yeni modellər fevral tarixində San-Fransiskoda təqdim olunacaq. Avropada isə 8 martda satışa çıxacaq.
Qeyd edək ki, aşağıda göstərilən qiymət göstəriciləri smartfonların satışa çıxacaqları gün üçün aktualdır:
6 GB RAM və 128 GB daxili yaddaşa sahib “Galaxy S10 Lite” - 908 dollar
6 GB RAM və 128 GB daxili yaddaşa sahib “Galaxy S10” - 1056 dollar
8 GB RAM və 512 GB daxili yaddaşa sahib “Galaxy S10” - 1340 dollar
6 GB RAM və 128 GB daxili yaddaşa sahib “Galaxy S10 Plus” - 1193 dollar
8 GB RAM və 512 GB daxili yaddaşa sahib “Galaxy S10 Plus” - 1477 dollar
12 GB RAM və 1 TB daxili yaddaşa sahib “Galaxy S10 Plus” - 1818 dollar
Smartfonlar müxtəlif rəngə sahib gövdələr ilə satışa çıxacaqlar. “Galaxy S10 Lite” modeli qara, ağ, sarı və yaşıl rənglərdə, “Galaxy S10” modeli qara, ağ və yaşıl rənglərdə, “Galaxy S10 Plus “modeli isə qara, ağ, yaşıl rənglərdə və keramik materialdan hazırlanmış gövdəyə sahib iki versiyada satışa çıxacaqlar.
Son xəbərlər
Son Xəbərlər