“Game of Thrones”un ulduzu koronavirusdan sağaldı

game-of-thronesun-ulduzu-koronavirusdan-sagaldi
Oxunma sayı: 734

Koronavirus epidemiyasına yoluxan “Game of Thrones” serialının ulduzu Kristofer Hivju sağalıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən ekran işində Tormund obrazı ilə populyarlaşan 41 yaşlı aktyor bu barədə instaqramda məlumat verib.

O, COVİD-19 pandemiyasına qalib gəldiyini elan edib: “Həftələrdir karantindəyəm və vəziyyətim bir qədər yaxşılaşandan sonra evdə özümü təcrid etdim. Artıq xəstəlikdən xilas olmuşam”.