“Gangnam Style” ifaçısının adı seks qalmaqalında

gangnam-style-ifacisinin-adi-seks-qalmaqalinda
Oxunma sayı: 2161

Bir dönəm “Gangnam Style” mahnısı ilə bütün dünyada tanınan Cənubi Koreyalı müğənni Psy-ın adı seks qalmaqalında hallanır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Psy prodüser kompaniyasının rəhbəri Yan Hen Sukun 2014-cü ildə gecə klubunda təşkil etdiyi seks məclisinə görə Seul polisi tərəfindən dindirilib.

Həmin “party”də hazırda ABŞ, Malayziya və Sinqapur tərəfindən axtarışa verilən malayziyalı iş adamı Cou Lou da iştirak edib. Psy Lou ilə tanışlığını təsdiq etsə də, sözügedən məclislə heç bir əlaqəsi olmadığını bildirib.