Milli Məclisin bu gün keçirilən xüsusi iclası "31 mart Azərbaycanlıların soyqırım günü"nə həsr edilib.
“Qafqazinfo” xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyev soyqırımın 100 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalanıb: “Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın yaşı var. Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından məqsədli şəkildə bir milyona yaxın ermənini Azərbaycan ərazilərinə köçürüb.
Ümumiyyətlə, böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən istifadə edib ələ keçirmək istədiyi əraziləri işğal etmək üçün erməni şovinistləri ilə müxtəlif dövrlərdə Azərbaycanda və Şərqi Anadoluda soyqırımlar törədiblər. Mart soyqırımı isə bu cinayət əməli ən dəhşətlisi oldu, Bakıda 12 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirildi”.
O qeyd edib ki, bu gün dövlət başçısı milli həmrəyliyin möhkəmləndirilməsi məqsədilə güclü hərtərərli siyasət aparır: “Azərbaycan bu gün inkişaf edir. Bütün bunlar Azərbaycan xalqına yeni soyqırım cəhdlərinin edilməməsinin nümunəsidir. Prezident də çıxışında dəfələrlə deyib ki, İrəvan və Zəngəzur bizim torpaqlardır. Bunu sübut etməyə ehtiyac yoxdur. İndiki Ermənistan bizim əzəli torpaqlarımız üzərində qurulub. Gec-tez haqq öz yerini tutacaq”.
***
Tarixçi akademik Yaqub Mahmudov çıxışında qeyd edib ki, Nuru Paşanın və Qafqaz islam Ordusunun köməyi ilə Bakı xilas edildi: “Ancaq bu işdə onlara general Mehmandarov başda olmaqla, o zaman Azərbaycanın formalaşmağa başlayan milli ordusu da kömək etdi. Ona görə də gələcəkdə Qafqaz İslam Ordusuna, Nuru Paşaya abidə qoyularkən bu şəxslərin əməyi də nəzərə alınmalıdır. Qoyulacaq abidə qardaşlıq abidəsi olmalıdır. Bu gün müsəlman dünyansında olan qırğınlara ikili standartlarla yanaşılır. Buna qarşı mübarizə aparmalıyıq. Ona görə də biz İrəvanın Azərbaycan torpağı olması ilə bağlı qərar verməliyik”.
Rafael Cəbrayılov çıxışında təklif edib ki, soyqırıma məruz qalan xalqın çox möhtəşəm soyqırım memorial kompleksi qurulmalıdır: “ Xaricdən gələn insanlar da buranı ziyarətə aparılmalıdır.O kompleks Bakının simvoluna çevrilməlidir”.
S. Novruzov təklif edib ki, bəyanatın içərisindən iki səhifəni çıxarılıb tərcümə etdirib beynəlxalq təşkilatlara məlumat kimi göndərilsin: “ 20 səhifəlik bəyanatı həqiqətdir ki, xaricdə kimsə oxumaycaq”. Spiker O. Əsədov qeyd edib ki, bəyanat 100 ildə bir dəfə qəbul edilir: “ Ona görə də biz onu olduğu kimi qəbul etməliyik”. Müzakirələrin sonunda vitse-spiker Bahar Muradova 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Milli Məclisin bəyanatını səsləndirib. Bəyanat səsə qoyularaq qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər