Gecə 2-də evə basqın edib qadınları yaraladılar

gece-2-de-eve-basqin-edib-qadinlari-yaraladilar
Oxunma sayı: 5318

Avqustun 16-sı gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxslərin evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner aparması ilə bağlı polisə məlumat daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.