Gecə ağır yol qəzası oldu

gece-agir-yol-qezasi-oldu
Oxunma sayı: 1742

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.

Qafqazinfo” FHN-in saytına istinadən bildirir ki, hadisə nəticəsində sürücü, 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:44-də başa çatıb.