Gecə ilə asfalt çəkdilər - Yenilənib+Video

gece-ile-asfalt-cekdiler
Oxunma sayı: 6735

Gəncə prospekti 40 ünvanında (Xətai rayonu, Xəzər dairəsindən üzü Ukrayna dairəsi istiqaməti) yolun hər iki hissəsində qazıntı işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, xüsusilə havanın yağışlı olduğu günlərdə avtomobillərin hərəkətinə mane olur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə binanın zirzəmisinə su axıntısı səbəbilə xəttin bərpası üçün qazıntı işləri aparılıb.

Hazırda təmir işləri başa çatdırılıb və asfalt qatının bərpası üçün sifariş verilib. Yaxın günlərdə asfalt örtüyü bərpa olunacaq.

Qeyd edək ki, həmin yolun sol zolağında 1 aya yaxındır qazıntı işləri aparılsa da, asfalt örtüyü çəkilməyib.

***

Sözügedən problem “Qafqazinfo”da işıqlandırıldıqdan təxminən iki saat sonra öz həllini tapıb. Belə ki, yolun qazılmış hissəsinə gecə ilə asfalt çəkilib.