Gecə klubuna silahlı hücum - 7 ölü, 1 yaralı

gece-klubuna-silahli-hucum
Oxunma sayı: 1077

Meksikanın Playa Del Karmen şəhərində gecə klubuna silahlı basqın olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 7 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. İnsidentin baş vermə səbəbləri və hadisəni törədənlərin şəxsiyyəti məlum deyil.

Polis gecə klubunun ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb. İstintaq gedir.