Gecə klubunda adam bıçaqlayanın şikayəti təmin edilmədi

gece-klubunda-adam-bicaqlayanin-sikayeti-temin-edilmedi-
Oxunma sayı: 805


“Qafqazinfo” xəbər verir ki, fevralın 22-də Vüqar Əhmədov Bülbül prospektində fəaliyyət göstərən gecə klubunda aralarında yaranan münaqışə zamanı Kamran Novruzova bıçaq zərbələri vurub və hadisə yerindən qaçıb. Zərərçəkən Kliniki tibbi mərkəzə çatdırılaraq xilas olunub. 

Şübhəli şəxs səhərisi gün Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. 

İyulun 1-də Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Vüqar Əhmədov 6 il 6ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya məhkəməsi cinayət işinə baxaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.