Gecə klubunda dava edənlər tutuldu

gece-klubunda-dava-edenler-tutuldu
Oxunma sayı: 647

Noyabrın 13-də saat 23:40 radələrində Bül-bül prospektində yerləşən gecə klubunda naməlum şəxslər xuliqanlıq zəminində Yalçın Əliyevə və Ramin Məmmədova bıçaqla, Elmar Qırxlarovu isə döyərək xəsarət yetiriblər. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə xuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orxan Əhmədov noyabrın 20-də yaxalanıblar. Xuliqanlıqda şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Noyabrın 20-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Emil Rəsulov şəxsi münasibətlər zəminində Pərviz Piriyevə bıçaqla xəsarət yetirdiyinə görə Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Nərgiz Məmmədova yaxalanıb.

Noyabrın 18-də Bakıxanov qəsəbəsində yaşayan Muxtar Əfəndiyevə məxsus «Nissan Tiana» markalı avtomobil evinin qarşısından qaçırılıb. Bakı şəhər BPİ DYPİ əməkdaşlarının keçirdiyi tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Emil Məmmədov noyabrın 20-də C.Cabbarlı küçəsində avtomobillə birlikdə saxlanılıb.

Oktyabrın 22-də M.Nağıyev küçəsində yaşayan İlkin Qürbətovun mənzilindən açar seçmə yolu ilə 4440 manat və qızıl-zinət əşyaları oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Toğrul Kərimov noyabrın 20-də yaxalanıb.