Venesuelada gecə klubuna qaz bombası atılması nəticəsində faciə baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Karakasda yerləşən “Los Cotorros” gecə klubunda baş verib.
Belə ki, 500 nəfərin qatıldığı partidə bir müddət sonra dava düşüb. Dava qızışdığı bir zamanda içəri qaz bombası atılıb. Təşvişə düşən parti iştirakçıları bir-birini əzməyə başlayıb. Nəticədə 17 nəfər həyatını itirib.
Ölkənin Daxili işlər naziri Nestor Reverol mətbuata açıqlamasında ölənlərin boğulduğunu bildirib.
Araşdırma aparılır, indiyə kimi şübhəli 7 nəfər həbs olunub.
Son xəbərlər
Son Xəbərlər