Gecə klubunu atəşə tutan 2 azərbaycanlıya hökm oxundu

gece-klubunu-atese-tutan-2-azerbaycanliya-hokm-oxundu
Oxunma sayı: 977


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Elgiz Sərdar oğlu Cəbiyev və Eldar Kamal oğlu Məmmədov “silahdan istifadə yolu ilə xuliqanlıq” maddələri ilə ittiham olunublar. Cəbiyevə cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2, Məmmədova isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 3 il hökm oxunub. 

Xatırladaq ki, bu ilin oktyabrında “Ruki vverx bar”da gənclərlə klubun administratoru arasında dava düşmüşdü. İnsidentdə klubun ziyarətçilərindən biri və administrator xəsarət almışdı.