Gecə klubunun qarşısında baş vermiş qətlin- - Təfərrüatı

gece-klubunun-qarsisinda-bas-vermis-qetlin-
Oxunma sayı: 2604


"Qafqazinfo"ya DİN-dən daxil olan məlumata görə, Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub və dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs – Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.