Gecə parkdakı vətəndaşı bıçaqla hədələyib pul istədilər

gece-parkdaki-vetendasi-bicaqla-hedeleyib-pul-istediler
Oxunma sayı: 793

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri aparılır.