Gecə qar yağacaq - - Proqnoz

gece-qar-yagacaq-
Oxunma sayı: 5314


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.