Gecə saat 4-də bacısını öldürüb qaçdı - Yenilənib

gece-saat-4-de-bacisini-oldurub-qacdi
Oxunma sayı: 5076

Abşeron rayonu, Masazır qəsəbəsində qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 25-də gecə saat 04 radələrində 1998-ci il təvəllüdlü Nicat Əsədov Masazırdakı evdə bacısı, 28 yaşlı Xalidəni qətlə yetirib. O, daha sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. N.Əsədovun saxlanılaraq istintaqa təhvil verilməsi üçün Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

Abşeron Rayon Prokurorluğu Masazırda törədilmiş qətllə bağlı məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-i saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Nizam Rza