Gecə yağış yağacaq

gece-yagis-yagacaq
Oxunma sayı: 1336


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.