“Gecəgörmə qabiliyyətinə malik helikopterləri Datçada istifadə edəcəyik”

gecegorme-qabiliyyetine-malik-helikopterleri-datcada-istifade-edeceyik
Oxunma sayı: 2424

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi Muğla vilayətinin Datça bölgəsində baş verən yanğınla bağlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir açıqlamasında Aydın, Dənizli və Manisadan gücləndirmə qruplarının Datçaya göndərildiyini bildirib.

“Gecəgörmə qabiliyyətinə malik helikopterləri Datçada istifadə edəcəyik”,- deyə nazir qeyd edib.

Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb.

Bölgədə əsən güclü küləyin komandaların işini çətinləşdirdiyi deyilir.