Gecənin işini gündüz görənlər

gecenin-isini-gunduz-gorenler
Oxunma sayı: 3693


Görəsən, belə işlərin gecə saatlarında aparılması mümkün deyil? "Qafqazinfo" xəbər verir ki, “Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, gecə saatlarında da işlər görülür. Onun sözlərinə görə, rəngləmə işlərinin aparılması üçün hansı saatlar uyğundursa, o vaxt da işlər görülür: “Bu işlər sizin sifarişlə edilmir ki? Elə ərazilər var ki, orada gecələr iş görülür. Mənə belə sual vermək lazım deyil. Məndə məlumat olur ki, yollar rənglənəcək. Mənə deyirlər məlumatı yay, mən də yayıram. Gecə saat 2-də çıxın görün hava limanı yolunda necə hərəkət var. Neftçilər prospekti rəngləndi gecələr, məsləhət olanda iş gecələr aparılır. Gecə işlər aparılanda sizi çağıracam. Şəhərin istənilən yerinə gəlib çəkər və şahidi olarsız”.