“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib. Dünən Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubunun qapısından 2 top keçirən braziliyalı futbolçu sevincini belə ifadə edib: “Çox sevinirəm, 2 qol vurmağım çox yaxşı oldu. Amma mən öz qollarımı deyil, təbii ki, əsas komandamı fikirləşirdim. Səfərdə bizi növbəti mərhələyə çıxaran istənilən hesab uğur idi. Biz nəticəni komanda olaraq qazandıq. Müdafiə xəttinin oyunun da xüsusi qeyd etmək lazımdır. Rəqibin təzyiqi qarşısında yaxşı tab gətirdilər”.
Son xəbərlər
Son Xəbərlər