Gecəyarısı zəncirvari qəza

geceyarisi-zencirvari-qeza-
Oxunma sayı: 1416

Bu gecə 00:30 radələrində Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində 3 avtomobilin toqquşması ilə nəticələn yol hadisəsi baş verib.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə sakini Fuad Ələsgərov idarə etdiyi "NİVA" markalı avtomobillə Zülfü Hacıyev küçəsi istiqamətinə hərəkətdə olarkən qarşı tərəfdən gələn şəhər sakini Tural Murğuzovun sükan araxsında əyləşdiyi "MERSEDES" markalı avtomobillə toqquşub. Toqquşma o qədər güclü olub ki, zərbənin təsirindən"NİVA" yolun kənarında dayanan Gəncə sakini Hamlet Məmmədova məxsus VAZ 2107-yə çırpılıb. Qəzadan sonra xəsarət alan olmasada, avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə zəncirvari yol nəqliyyat hadisəsinə sürücülərdən birinin digərinin yoluna çıxması səbəb olub. Dəqiq səbəblər təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.