Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.
"Qafqazinfo" nun verdiyi məlumata görə, rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov Xarxar kəndində gözündən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər