Gədəbəydə 29 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

gedebeyde-29-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1872

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abudllayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev