Gədəbəydə enerji verilişi bərpa olundu - Yenilənib

gedebeyde-enerji-verilisi-berpa-olundu
Oxunma sayı: 1448

Gədəbəy rayonunda güclü leysan yağış rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradır:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan başqa xəttin dayağı əyilib. Hazırda baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışsaq da, əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

***

Artıq Gəncədə də güclü yağışın başladığını, dolu yağdığını deyən "Azərişıq" rəsmisi qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib.

**

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən əraziyə elektrik enerjisinin verilişi bərpa olunub.