Gədəbəydə ər arvadını qətlə yetirdi

Gədəbəydə ər arvadını qətlə yetirdi
Oxunma sayı: 3314

Gədəbəydə ər arvadını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə rayonun Şəkərbəy kəndində baş verib. 32 yaşlı Elməddin Abdullayev eyni yaşlı həyat yoldaşı Könül Eyvazovanı xəsarətlər yetirməklə öldürüb. E. Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.