Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" ilə "NAZ Lifan" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, 2000-ci il təvəllüdlü Elxan Məmmədov və eyni yaşda olan Rəşid Aslanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Tibbi yardımlara baxmayaraq E. Məmmədov dünyasını dəyişib
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər