Gədəbəydə oğul anasını döyərək öldürüb

gedebeyde-ogul-anasini-doyerek-oldurub
Oxunma sayı: 2511

Münaqişə zəminində anasını döyərək qətlə yetirən Gədəbəy rayon sakini Y.Məmmədov tutulub.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 2-sində Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Nərgiz aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.