Gədəbəy rayonunda yol qəzası baş verib.
“Qafqazinfo”ya FHN-dən verilən məlumata əsasən, rayonun Qaradağlı kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
***
00:17
“Report”un məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.
Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər