Gədəbəyə dolu düşüb

gedebeye-dolu-dusub
Oxunma sayı: 1197

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub.

Əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şəkidə 32 mm, Ceyrançöldə 29 mm, Yevlaxda 28 mm, Gədəbəydə 19 mm, Qubada 17 mm, Göygöldə 16 mm, Ağstafa, Tovuzda 15 mm, Şahdağ, Daşkəsən, Şamaxıda 12 mm, Qaxda 11 mm, Gəncə, Bərdə, Mingəçevir, İsmayıllı, Şəmkir, Naftalan, Qrız, Qəbələ, Goranboy, Oğuz, Şahbuz, Ağdam, Zaqatala, Balakən, Zərdab, Ağsu, Sədərək, Qusar, İmişli, Naxçıvan, Şərur, Culfa, Ordubad, Tərtər, Göyçayda 10 mm-dək olub.

İyunun 20-də saat 19:00 radələrində Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb.