Gədəbəyə yağan dolu bir sıra fəsadlar törətdi - Video

gedebeye-yagan-dolu-bir-sira-fesadlar-toretdi
Oxunma sayı: 4933

Bu gün saat 17:00 radələrində Gədəbəy rayonuna yağış və dolu yağıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Soyuqbulaq kəndində təxminən 30 dəqiqə yağan dolu ətrafı ağ örpəyə bürüyüb.

Təbiət hadisəsi zamanı təxminən 100 hektar kartof sahəsi, arpa və meyvə ağaclarına ziyan dəyib. Fərdi evlər isə doludan elə də ziyan görməyib. 

Qeyd edək ki, bu gün saat 17:00 radələrindən Qərb bölgəsində küləklə müşahidə edilən yağıntılı hava şəraiti hökm sürür.

Elmar Əli