Gədəbəyədə mikroavtobus aşdı - Xəsarət alanlar var

gedebeyede-mikroavtobus-asdi
Oxunma sayı: 1434

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Maarif kəndində qeydə alınıb.

Gəncə-Gədəbəy marşurut xətti ilə işləyən mikroavtobus sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, rayon sakini 68 yaşlı Sərxan Həmzəyev, sərnişinlər, 18 yaşlı J.İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O. Hüseynov və 44 yaşlı G.Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.