Gədəbəy rayonunun Polis şöbəsinin rəisi məktəblilərlə görüşüb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Gədəbəy RPŞ-nin təşkilatçılığı ilə “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı, rayon məktəblərinin pedaqoji heyəti, valideynlər və şagirdlər də iştirak edib.
Gədəbəy RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O bildirib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. RPŞ rəisi dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib.
Qeyd edib ki, adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur.
Daha sonra digər iştirakçılar tədbir mövzuları ilə bağlı çıxışlar edərək şagirdlərə lazımı informasiya və tövsiyyələr verib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Son Xəbərlər