“Qafqazinfo” xəbər verir ki, “İdmanxeber.com”-a danışan “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov Süleymanovun açılamasına belə münasibət bildirib: “Çox təəssüf edirəm ki, Tahir müəllim böyük yanlışlığa yol verib. Çünki Pantiç klubumuzun prezidenti Hafiz Məmmədovun şəxsi istəyi ilə İspaniyadan Azərbaycana dəvət olunub. Bu gün çempionatda "Bakı"nın hansı yeri tutmağından asılı olmayaraq, rəhbərlik Pantiçin işindən razıdı. Əvəzedici heyətdə 8-ə yaxın futbolçu Pantiçin proqramı ilə məşq edirlər və yaxın zamanlarda həmin oyunçuları biz "Bakı"nın əsas heyətində görə bilərik. Pantiçin bu qədər iş görməsini Süleymanovun görməməri onun böyük səhvidi. Ona məsləhər görürəm ki, “google” və “youtube” səhifələrini açıb, Pantiçin ölkəmizə gələnə kimi hansı karyeraya malik olduğuna baxsın".
Xatırladaq ki, Topaz Premyer Liqasının son turu çərçivəsində “Neftçi”- “Bakı” (1-0) qarşılaşmasından sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Milinko Pantiçin ünvanına verdiyi açıqlamada bunları deyib: “Bu gün milyonları bizlər qazanmalıyıq, Pantiçlər yox. Görəsən Pantiçlər, Syominlər, Mustafalar 90-cı illərdə Azərbaycana gələrdi? Əlbəttə gəlməzdi. Çünki onda Azərbaycan futbolunda pul yox idi. İndi pul var, hamısı gəlib. Gəliblərsə, buyursunlar, nəticə versinlər ”
Son xəbərlər
Son Xəbərlər