Gələn aydan pensiyalar artımla veriləcək

gelen-aydan-pensiyalar-artimla-verilecek
Oxunma sayı: 5339

Pensiyalar gələn aydan etibarən artımla veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, pensiya artımı 5,7% artıq indeksləşdirilib və fevral ayından bütün vətəndaşlara şamil olunacaq. Yekun rəqəmlər statistika komitəsi tərəfindən təqdim olunacaq:

“Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar indeksiasiya ilə bağlı ödənişləri alacaqlar”.

Günel Hacı