Gələn görüş Şuşa “Zirvə”sində olacaq - Fotolar

gelen-gorus-susa-zirvesinde-olacaq
Oxunma sayı: 6278

Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, təkbətək görüş zamanı Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü iyulda Şuşada keçiriləcək.