ABŞ prezidenti Donald Tramp gələn həftə İŞİD-in zəbt etdiyi ərazilərin 100 faiz təmizləndiyini açıqlaya biləcəklərini bəyan edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, 3 həftə əvvəl İraq səfəri zamanı generallarla danışıb və onlara “tam yaşıl işıq” göstərib. Generallar isə İŞİD-in nəzarətində olan ərazilərin azad edilməsi üçün bir həftə vaxt istəyiblər və həmin müddət növbəti həftə bitir.
Tramp əlavə edib ki, İŞİD döyüşçülərinin artıq heç bir təbii resursa çıxışı yoxdur və əhalidən vergi yığa, tarixi əhəmiyyətli obyektləri dağıda bilmirlər. Tramp onları son nəfərinədək məhv edəcəklərini deyib.
Son xəbərlər
Son Xəbərlər