Gələn il rabitə işçilərinin maaşı 338,2 manat olacaq

gelen-il-rabite-iscilerinin-maasi-3382-manat-olacaq
Oxunma sayı: 1126

“Qafqazinfo”nun məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyilə keçirilən iclasda nazirliyin 2012-ci ildə görəcəyi işlər, bürcə proqnozları açıqlanıb. Bildirilib ki, 2012-ci ildə rabitə işçilərinin orta aylıq əmək haqqlarının 338,2 manata çatdırılması gözlənilir. Bundan başqa, regionlarda rəqəmsal yayımın təşkili üçün 14,1 milyon manat vəsait nəzərdə tutulur.

İclasda həmçinin, operatorlar, provayderlər arasında arabağlantının tənzimlənməsi, onlara ayrılmış resurslardan istifadə və universal telekommunikasiya və poçt xidmətlərinin təşkili vəziyyəti, telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin gedişatı və digər məsələlər müzakirə olunub.

Nigar Məmmədli