Gələn ilin müdafiə xərcləri açıqlandı

gelen-ilin-mudafie-xercleri-aciqlandi
Oxunma sayı: 1686

2022-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılmış xərcin məbləği müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, bu sahələr üzrə 4.489.892.429.0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. 

Bundan əlavə, təhsil sahəsinə 3 milyard 884  milyon 325 min  660  manat, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına 20 milyon manat, səhiyyə sahəsinə 1 milyard 788 milyon 619 min 634 manat, icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün 1 milyard 125 milyon 674 min 629 manat,  kənd təsərrüfatına 997 milyon manat, televiziya, radio, nəşriyyat sahəsinə 54 155 734,0 manat, beynəlxalq münasibətlər üçün 361,9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Günel Türksoy