Gələn sezon “Cim-Bom” da

gelen-sezon-cim-bom-da
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin məşhur idman yazarlarından biri Sinan Engin deyib.Qonaq kimi qatıldığı verilişlərin birində Sinan Engin Kuarejma haqqında olduqca maraqlı məlumat verib.

“Bunu dəqiq deyirəm ki, Rikardo Kuarejma gələn il “Qalatasaray” in oyunçusu olacaq. Fateh Tərim də bunu çox istəyir”.

“Qalatasaray” klubu ilə bağlı daha bir xəbər isə “Çempionlar Liqasında” daha uğurlu çıxış etmək üçün heyətini gücləndirmək istəməsidir. “Qalatasaray” indi də “Verder Bremenin” 23 yaşlı gənc ulduzu Marko Marini transfer etmək niyyətindədir. İstanbul nəhəngi yanvar ayında sıralarına qatmaq istədiyi oyunçuya 6 ay üçün 2 milyon avro təklif etmək istəyir.

İqbal