Gəlin əri və onun valideynləri tərəfindən döyüldü

gelin-eri-ve-onun-valideynleri-terefinden-doyuldu
Oxunma sayı: 1728

Daşkəsəndə qadın əri və onun qohumları tərəfindən döyülüb. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Zəylik kənd sakini, 1996-cı il təvəllüdlü R. Ə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının sözlərinə görə, o, ailə münaqişəsi zəminində əri, qayınatası və qayınanası tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli