“Gəlin maşını” biznesi niyə çökür? - Video

gelin-masini-biznesi-niye-cokur
Oxunma sayı: 4972

Əvvəllər paytaxtın adətən hər addımında rast gəlinən kirayə gəlin maşınlarına indi çox az-az rast gəlinir. Bunu elə paytaxtdakı mənzərə də təsdiqləyir. Bəs bir zamanlar dəbə minən bahalı kirayə maşınlar indi niyə istifadəsiz qalıb?

“Qafqazinfo” xəzər xəbər-ə istinadən xəbər verir ki, gəlin maşınlarına təlabatın azaldığını bu işlə məşğul olanlar da etiraf edir.

Məhərrəm ayından əvvəl toy mövsümünün çoxalması nəticəsində sifarişlər nisbətən artsa da ötən illərlə ümumi müqayisədə azalma qaçılmazdır. Paytaxtın bir çox yerində sifariş üçün saxlanılan maşınların sayı da azalıb. 

Əgər belə getsə bir müddət sonra bu maşınlara demək olar ki, tələbat olmayacaq. Çünki insanların əksəriyyəti artıq bahalı xarici maşınlar əvəzinə ya klassik maşınlara, ya da adi avtomobillərə üstünlük verməyə başlayıb.