Türkiyədə evlilik proqramlarından birinə qatılan gəlin namizəd saçına aylıq 5 milyard pul xərclədiyini bildirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram iştirakçılarından biri xanımın əslində bəy namizədi bəyəndiyini, ancaq maddi vəziyyətinə görə münasibət qurmaq istəmədiyini söyləyib.
İştirakçının sözlərini təsdiqləyən gəlin namizəd aylıq xərclərinin çox olduğunu əlavə edib:
“Mən baxımlı bir qadınam. Hər ay saç qaynağımı dəyişirəm və bunun üçün 5 milyard pul tələb olunur. Geyim, əyləncə də öz yerində olmalıdır”.
Daha sonra Gizəm özünə aylıq 7-8 min lirə pul xərclədiyini bildirib.
Maraqlısı odur ki, xanımın saçına 5 milyard xərcləyirəm deməsi studiyadakıların çaşqınlığına səbəb olmayıb.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər