Gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü - Yenilənib

gelini-terefinden-baltalanan-qadin-xestexanada-oldu
Oxunma sayı: 5059

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın Gəncədə xəstəxanada dünyasını dəyişib. 

“Qafqazinfo”nun məlumatına görə, 66 yaşlı Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

***

Daşkəsən rayon prokurorluğundan verilən məlumata görə, avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd olunub ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.

İbtidai istintaq davam etdirilir.