Gəlini və nəvəsi ilə itkin düşən kişinin meyiti tapıldı- - Bakıda müəmmalı hadisə

gelini-ve-nevesi-ile-itkin-dusen-kisinin-meyiti-tapildi-
Oxunma sayı: 2064


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Elxan Əliağa oğlu Sultanovun Xəzər rayonu, Qala qəsəbəsi ərazisində ağacdan asılmış meyiti tapılıb.

Məlum olub ki, E.Sultanovun oğlu Məmməd Sultanov avqustun 30-da Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, atası Elxan Sultanov, arvadı 1982-ci il təvəllüdlü İradə və qızı 2005-ci il təvəllüdlü Ləman avqustun 27-si saat 15-də evdən gedib qayıtmamışdır. Həmin gündən hər üç şəxs itkin kimi qeydə alınıb. Elə sözügedən tarixdə Məmməd Sultanovun atasının asılmış meyiti tapılıb.

Xəzər Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, hadisədən 7 gün keçsə də, itkin düşən ana və qızı hələ də tapılmayıb.

Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”